Bakıda zavodda PARTLAYIŞ: Xəsarət alan var

HADİSƏ 01.05.2022 1076

Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top