İsraildə hava limanında bomba həyəcanı yaşanıb - VİDEO

HADİSƏ 29.04.2022 1454

İsrailin paytaxtı Təl-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanında bomba həyəcanı yaşanıb.

Belə ki, İsrailə səfər edən ABŞ vətəndaşı Hollan yüksəkliklərində tapdığı top mərmisini xatirə olaraq özü ilə vətəninə aparmaq istəyib.

Hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları əşyalara baxış keçirərkən sellofan paketdə top mərmisini aşkar ediblər və dərhal hava limanında həyəcan siqnalı verilib.

Nəticədə hava limanının daxilində olan insanlar arasında təşviş yaşanıb.

Qısa zaman kəsiyində vəziyyəti sabitləşdirmək mümkün olub.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top