Bakıda kişi 11 aylıq körpəni iki dəfə yerə çırpıbmış: Dəhşətli TƏFƏRRÜAT - VİDEO

HADİSƏ 28.04.2022 1428

Xəbər verdiyimiz kimi, aprelin 26-da Yasamalda ata 11 aylıq övladını yerə çırparaq ona ağır xəsarətlər yetirib.

Uşağın anası hadisədən danışıb:

“Uşağı götürüb yerə atdı. Qonşular gəlib əlindən aldı. Təzədən uşağı qonşunun əlindən alıb yenə yerə çırpdı. Deyir, uşaq mənim deyil, başqasındandır. Bildirir ki, mən yardımla dolanıram, yardıma cadu etmisən. Uşaq ağır travma alıb. Dörd kəllə sümüyü sınıb, gözləri çəpləşib”, - deyə ana bildirib.

Qonşular isə bildirir ki, kişi övladlarına baxmayıb: “Hərdən bir kefinə düşəndə gəlir, sonra gedir ikinci arvadının yanına. Evə bir qəpik də pul gətirmir”.

Qeyd edək ki, hadisəni törədən 30 yaşlı Samir Ağakərimov polis tələfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma -  xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top