Belarusda Rusiyanın iştirakı ilə hava hücumundan müdafiə təlimləri başlayıb

SİYASƏT 27.04.2022 1869

Belarusda Rusiyanın iştirakı ilə hərbi təlimlər başlayıb.

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, aprelin 26-dan 29-dək Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında qərargah təlimləri keçiriləcək. Onlara Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Assosiasiyasının rəsmiləri cəlb olunacaq.

“Operativ hazırlıq tədbiri zamanı hərbi hissə və bölmələr üçün HHM və aviasiyanın idarəetmə orqanlarında fəaliyyətlərin planlaşdırılması, həmçinin tapşırıqların müəyyən edilməsi zamanı qarşılıqlı əlaqə məsələləri işlənir”, - deyə məlumatda vurğulanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top