33 yaşlı kişi sirkə içərək intihara cəhd etdi: Vəziyyəti ağırdır

HADİSƏ 21.04.2022 730

Şabranda intihara cəhd hadisəsi baş verib.

“Report”un Şimal burosunun məlumatına görə, hadisə şəhərin Q.Quliyev küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Şabəddinov Şərafəddin Ağasalam oğlu sirkə turşusu içərək özünə qəsd edib.

A.Şabəddinov təcili tibbi yardımın köməkliyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sirkə turşusu ilə kəskin zəhərlənmə diaqnozu qoyulub.

Onun vəziyyəti ağır olduğundan Bakıya, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top