Messi Argentina millisinin heyətinə düşə bilmədi

Sadə xəbər
idman 17.03.2025 3121

Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin Uruqvay və Braziliya ilə oyunları üçün milli komandanın heyətinə daxil edilməyib.

Saat24.Az championat.com-a istinadən xəbər verir ki, ulduz hücumçunun Argentina milli komandasının yekun siyahısına daxil edilməməsinə onun MLS-də "Atlanta Yunayted" ilə oyunda aldığı bud əzələsi zədəsi səbəb olub.

Qeyd edək ki, Messi Argentina milli komandasının heyətində 2026-cı il Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində artıq 9 oyun keçirib və bu oyunlarda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Hazırda Argentina milli komandası seçmə mərhələnin cədvəlində 12 oyundan 25 xal toplayaraq liderlik edir. İkinci yerdə 20 xalla Uruqvay milli komandası qərarlaşıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top