
Bu gün səhər saatlarında Sumqayıtda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Saat24.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 4 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.
Hadisə zamanı üçüncü sinif şagirdi Nurlan Əmənli və anası Sevil Bağışova ciddi xəsarətlər alıblar.
Yaxınlarının verdiyi məlumata görə, azyaşlının iki ayağında sınıq aşkarlanıb, ana isə komadadır.
Laçın rayon sakini olan hər iki şəxs Sumqayıtda aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.