Trampla Putin Ukrayna ilə bağlı danışıqlarda razılığa gəldilər

Sadə xəbər
DÜNYA 18.03.2025 2983

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı Ukrayna ilə bağlı ətraflı müzakirələr davam etdirilib.

Saat24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.

Məlumata görə, ABŞ prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü kontekstində Rusiya prezidenti bütün təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılmasının zəruriliyi və Ukrayna Silahlı Qüvvələrinin xaricdən silah təchizatı ilə bağlı bir sıra mühüm məqamları qeyd edib. O vurğulayıb ki, münaqişənin eskalasiyasının qarşısının alınması və onun siyasi-diplomatik yolla həlli istiqamətində işləmək üçün əsas şərt Kiyevə xarici hərbi yardımın və kəşfiyyat məlumatlarının təqdim edilməsinin tam dayandırılması olmalıdır.

Putin bildirib ki, o, Ukraynadakı vəziyyəti dayanıqlı şəkildə həll etmək yolları üzrə ABŞ ilə birgə işləməyə hazırdır. Həmçinin, Putin Trampa məlumat verib ki, martın 19-da Rusiya və Ukrayna arasında 175-in 175-ə prinsipi ilə əsir mübadiləsi aparılacaq.

Liderlər dünyada sabitlik üçün ortaq məsuliyyət fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər. Onlar əməkdaşlığın qurulması mümkün olan "geniş sahələri", iqtisadiyyat və enerji sektorunda əməkdaşlıq üçün bir sıra ideyaları müzakirə ediblər.

Tramp Putinin milli komandalar arasında xokkey matçlarının təşkili ideyasını dəstəkləyib. Dövlət başçıları bütün məsələlərdə əlaqə saxlamaq barədə razılığa gəliblər.

Ağ Evdən verilən açıqlamaya görə isə Ukrayna barədə liderlər arasında razılaşma əldə olunub. Putin və Tramp razılaşıblar ki, Ukraynada sülhə doğru irəliləyiş enerji və infrastruktur atəşkəsi, həmçinin Qara dənizdə atəşkəsin həyata keçirilməsi, daha sonra tam atəşkəs və daimi sülh üzrə texniki danışıqlarla başlayacaq. Bu danışıqlar Yaxın Şərqdə dərhal start götürəcək.

Vaşinqtondan bildirilib ki, dövlət başçıları İran problemini də müzakirə edib, Tehranın İsraili məhv etməklə hədələməsinə qarşı çıxıblar.

Hər iki lider ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin böyük potensiala malik olması barədə razılığa gəliblər. Buraya nəhəng iqtisadi sövdələşmələr və sülh əldə edildikdən sonra geosiyasi sabitlik daxildir.

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Oxu.Az bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, liderlərin söhbəti təxminən 2,5 saat davam edib. Bir qədər sonra mətbuata açıqlama gözlənilir.

Bildirilir ki, telefon danışığı zamanı Ağ Evin Oval ofisində vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio da olub.

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təxminən bir saat yarımdır telefonla danışdığını bildirib.

Saat24.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top