İrandan qaçan rejissor: "Burada sənətçilər İslam Respublikasının girovudurlar"

Sadə xəbər
DÜNYA 15.03.2025 2762

"İranlı sənətçilər İslam Respublikasının girovlarıdırlar. Buna baxmayaraq, onların şüarları bütün dünyaya yayılıb".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə məşhur iranlı kinorejissor Məhəmməd Rəsulof "The Hollywood Reporter" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, gənc sənətçilər və kinorejissorlar ölkədə çətin vəziyyətdədirlər.

"Məncə dünya kinosu və ümumilikdə dünya ictimaiyyəti iranlı sənətçilərin nə qədər vacib və bənzərsiz olduğunu görməlidirlər", - deyə o vurğulayıb.

Qeyd edək ki, Məhəmməd Rəsulof səkkiz illik həbs cəzasından qaçmaq üçün Almaniyaya sığınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top