Bakıda bəzi ərazilərdə suyun verilişi DAYANDIRILDI

Sadə xəbər
GÜNDƏM 17.03.2025 3052

Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.

Saat24.Az-ın əldə etdiyi məlumata görə, rayonun Zivər bəy Əhmədbəyov (Nizami metrosunun yanı) küçəsində artıq bir neçə saatdır su gəlmir.

Səbəb olaraq isə paytaxtın Səbail rayonu, Neftçilər prospektində (Azneft dairəsinin yanı) su xəttində qəzanın olması bildirilir.

Həmçinin Suranaxı rayonu, Səttar Bəhlulzadə küçəsində Bülbülə magistral su xəttindəki qəza ilə əlaqədar Sabunçu rayonu, Ramana qəsəbəsində də suyun verilişi dayandırılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top