
Rusiyanın Leninqrad vilayəti ərazisində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb.
Saat24.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib.
"18 mart 2025-ci il tarixində Leninqrad vilayəti ərazisi üzərində planlı təlim-tədris uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. O, yaşayış məntəqələrindən uzaqda, insansız ərazidə yerə çırpılıb. Ekipaj həlak olub", - deyə Müdafiə Nazirliyində bildiriblər.
Nazirlikdən əlavə ediblər ki, uçuş döyüş yükü olmadan həyata keçirilib.