
Açılış mərasimində şəhidin ailəsi , Mingəçevirin və Zaqatala rayonunun şəhid ailələri üzvüləri, şəhidin cəbhə yoldaşları, şəhidin övladının oxuduğu 6 nömrəli məktəbin müəllim, şagird kollektivi, İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov, media nümayəndələri, Mingəçevir YAŞA mərkəzinin üzvüləri , Gənc qazilər İB üzvüləri iştirak ediblər.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib,himn səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub daha sonra şəhidin xatirəsinə yaradılan bulağın açılışı olub.
Tədbirin aparıcısı Cavid Mustafayev bulağın ərsəyə gəlməsində əməyi olan Gənc Qazilər İB Mingəçevir filialına və İş adamı Vusal Əlibəylinin xeyriyəçiliyi ilə ərsəyə gəldiyini qeyd edib.
Mərasimdə şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından Şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib. Jurnalist İnqilab Şirinli, Gənc QazilərİB-nın sədri Namiq İbrahimli, Türkan Əkbərova,şəhid ailələri üzvüləri, çıxış edərək bildiriblər ki,istər birinci qarabağ döyüşlərində,istərsə də 44 günlük vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Açılışda şəhidin doğulub boya başa çatdığı Zaqatala rayonunun Qımır kəndindən gələn şəhid ailə üzvüləri də öz çıxışlarında Prezidentimiz cənab İlham Əliyev başda olmaqla xalqımız şəhidlərini unutmur dedilər. Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.
Qeyd edək ki, Şəhid Xanməmmədov Hüseyn Mais oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 29-12-2020-ci ildə Suqovuşanın azad olunmasına görə medalı, 18-12-2020-ci ildə Cəsur Döyüşçü medalı, 07-11-2023-cü ildə isə Vətən Uğrunda medalı və “3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif olunub. Hüseyn Xanməmmədov 1985-ci ilin 20 sentyabrında Zaqatala rayonu Qımır kəndində dünyaya göz açıb. 8 ilin hərbiçisi Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olub və Zaqatalada dəfn edilib. O, öz doğum günündə torpağa tapşırılıb.
Saat24.Az Esmira Hidayətova,Mingəçevir.











