Təhsilalanların təhsil göstəriciləri yaxşılaşır

Sadə xəbər
CƏMİYYƏT 05.02.2025 2668
Təhsildə İnkişaf və İnnovasiyalar VIII qrant müsabiqəsinin qalibi olan “Qarabağ kənd icmalarının təhsildə inkişafı” layihəsinin icrasına start verilib.
 
Bakues.az xəbər verir ki, layihə Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir və Qarabağ tam orta məktəbinin direktoru Əlihüseyn Yaqubovun rəhbərliyi ilə həyata keçirilir.
 
Layihənin məqsədi Qarabağ kənd icmalarında təhsil nəticəsi zəif olan şagirdlərin karyera planlanmasına və müəllimlərin onlar üçün xüsusi öyrənmə strategiyaları hazırlamasına şərait yaratmaqla şagirdlərin akademik göstəricilərinin yüksəlməsinə dəstək göstərməkdir.
İki mərhələdən ibarət olan layihədə 24 təhsilalan və 24 təhsilverən iştirak edəcək.
 
Müəllimlər üçün məktəbdə öyrənmə mühitinin səmərəliliyinin artırılması və fərdi yanaşmaların tətbiqi üzrə təlimlər keçiriləcək, şagirdlər isə fərdi karyera planlamasının hazırlanması və peşə yönümlü inkişaf strategiyalarını öyrənəcəklər.
 
Layihəyə Qarabağ, Üçbulaq, Əhmədbəyli və Aşağı Kürdmahmudlu kənd icmalarından olan şagirdlər və bu icmalardakı məktəblərdə fəaliyyət göstərən müəllimlər, direktorlar, müavinlər və psixoloqlar cəlb olunacaq.
 
Layihənin yekununda şagirdlər öz fərdi inkişaf planlarını hazırlamağı öyrənəcək, müəllimlər isə təhsil nəticələri zəif olan şagirdlər üçün effektiv öyrənmə strategiyalarını tətbiq edəcəklər
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top