Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışda ağır yaralanan qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan ölüb.
Oxu.Az TASS-a istinadən xəbrə verir ki, bu barədə "respublika"nın tibb xidmətindən məlumat verilib.
Bundan əvvəl bildirilmişdi ki, o, klinik ölüm keçirib və süni tənəffüs aparatına qoşulub.
Qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışda ağır yaralanıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, o, xəstəxanaya yerləşdirilib.
Partlayış nəticəsində A.Sarqsyanın cangüdəni isə ölüb.
Qeyd edək ki, A.Sarqsyan Armen Qorlovski kimi də tanınır. A.Sarqsyan "Arbat" batalyonunun da qurucusudur. Ağır cinayətlərə görə məhkum olunmuş residivistlərdən ibarət erməni batalyonu "Arbat" Ukraynadakı hərbi əməliyyatda iştirak edir.
Moskvanın şimal-qərbindəki "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışın məqsədi öldürməyə cəhddir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Öldürməyə cəhdin kimin təşkil etdiyi isə müəyyənləşdirilir.
Qapıçı qadının sözlərinə görə, partlayış onun daha əvvəl televizorda gördüyü kişinin mühafizəçisi ilə çıxışa getdiyi vaxt törədilib.
Həlak olan şəxsin kimliyi müəyyən edilməyib, çünki kişinin üzü tanınmaz haldadır. Bununla yanaşı, 44 yaşlı Darya Karseladze, 41 yaşlı Sergey Şkryabatovski və 50 yaşlı İqor Antonenko müxtəlif xəsarətlər alıblar. Yaralananlar arasında mühafizəçi və qapıçı qadın da var.
Hadisənin digər təfərrüatı müəyyənləşdirilir.
Rusiyanın paytaxtı Moskva şəhərinin şimal-qərbində yerləşən "Alıye parusa" yaşayış kompleksində partlayış baş verib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, yaşayış kompleksinin birinci mərtəbəsinin hollunda partlayış olub.
Bildirilib ki, hollun şüşələri və tavanı zərər görüb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha dörd nəfər isə xəsarət alıb. Evə ilkin baxış nəticəsində çökmə ehtimalının olmadığı deyilir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, partlayışa səbəb tavanın altına qoyulmuş əldəqayırma parlayıcı qurğu ola bilər.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, "Alıye parusa" elit yaşayış kompleksidir. Burada mənzillərin qiyməti 31-250 milyon rubl (534 min - 4.3 milyon manat) arasında dəyişir.