Şəhid atası Təbib rəhbərliyinə təşəkkür etdi -Foto

Manşet
CƏMİYYƏT 03.02.2025 9367
Sizin oğlunuz bizdən ötrü şəhid olub.
Saat24.Az xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi İlkin Ağayevin atası Tehran Ağayev şəxsi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.
​​
Mən Vətən müharibəsi şəhidi,Şuşa fatehi İlkin Ağayevin atası, Tehran Ağayev səhhətimdə olan problemlərlə bağlı, Zərdab rayon mərkəzi xəstəxanasının direktoru Emil Kamilov qəbulunda oldum.
Emil doktor məni çox səmimi qəbul edib problemimlə yaxından maraqlanıb, hər birini həll etdi.
Məndə öz növbəmdə mənə belə diqqət göstərdiyi üçün Emil doktora təşəkkür etmək üçün otağına gəldim.
Emil doktor bilirsiniz mənə nə dedi?
Dedi, Tehran əmi bizim işimiz budur,sənin oğlun bizdən ötrü şəhid olub, bizdə onların yadigarları üçün əlimizdən gələnin artığnı etməliyik.
Şəhid ailələrinə diqqət göstərmək bizə TƏBİB rəhbəri Vüqar müəllimin və rayon rəhbəri Mərdan Camalzadənin bir başa tapşırıqıdır.
Bizim qapımız hər zaman sizin üzünüzə açıqdır.
İstənilən vaxt gəlib rahatlıqla sözünüzü deyə bilərsiniz.
Məndə sosial şəbəkə vasitəsilə TƏBİB rəhbərliyinə,Mərdan müəllimə və Emin doktora təşəkkür edirəm.
Allah sizdən razı olsun
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top