Sadə xəbər
Saat24.Az xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əliyeva rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.
Dünən Zərdab rayon rəhbərliyi ilə birlikdə, rayonun Əlvənd kəndi ərazisində intihar nəticəsində Kür çayında batan 13 yaşlı Kərimli Saray Şirvan qızının ailəsinə baş çəkdik, yaxınlarına, doğmalarına başsağlığı verdik, intiharın səbəbləriylə maraqlandıq. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təhqiqatı üzrə iş aparılmaqdadır. Qeyd edim ki, hadisənin baş verdiyi 25 dekabr 2024-cü il tarixindən etibarən 8 gün ərzində axtarış-qurtarma tədbirləri həyata keçirilib. Cəsədin tezliklə tapılması üçün kənd camaatının və yaxınlarının əlavə heyət və texnika cəlb edilməsi xahişinə əsasən Fövqəladə Hallar Nazirliyinə etdiyimiz müraciət qısa zamanda müsbət həll olunaraq, hadisə yerinə əlavə qüvvə göndərilmişdi. Fürsətdən istifadə edərək, göstərdikləri köməkliyə görə FHN rəhbərliyinə təşəkkürümü bildirirəm.

İnanırıq ki, aparılan təhqiqat 13 yaşlı qızın intiharının əsl səbəblərini üzə çıxaracaq və əgər günahkar varsa, cəzasını alacaqdır.
Allah rəhmət etsin!