Kəmaləddin Heydərov polkovniki vəzifəsindən AZAD ETDİ

Sadə xəbər
GÜNDƏM 08.01.2025 3146

"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində işləmiş daxili xidmət polkovnik-leytenantı Dədəş Əlbağış oğlu Ataşov 2023-cü ilin noyabr ayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib".

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsi 2024-cü ilin iyun ayından daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu tərəfindən icra olunur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.

Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.

D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.

Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top