Yanvarın 10-da "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kubokunun birinci günündə nəticələr bəlli olub.
Oxu.Az xəbər verir ki, idmançılar sprint yarışı üzrə mübarizə aparıblar.
Yarışın birinci gününün nəticələri:
Kişilərdən isveçli xizəkçi Lita Aron birinci, həmyerlisi Bussard Robin ikinci, ispaniyalı Ferrer Martines isə üçüncü olub.
Qadınlardan fransalı xizəkçi Harrop Emili birinci, isveçli Fatton Mariani ikinci, fransalı Perillat Pissiy isə üçüncü olub.
"Şahdağ" Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə idmançılar sprint növü üzrə mübarizə aparırlar.
Azərbaycanı turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.
Dünya Kubokunda fərdi neytral idmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 13-də yekun vurulacaq.