"Haber Global"da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib

Sadə xəbər
DÜNYA 09.01.2025 3010

Türkiyənin "Haber Global" telekanalında Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin mətbuatda Britaniya kəşfiyyatı ilə əlaqələrinə dair iddialar müzakirə edilib.

Oxu.Az xəbər verir ki, verilişin qonağı siyasi ekspert Faik Tanrıkulu və jurnalist, Yaxış Şərq məsələləri üzrə mütəxəssis Mete Sohtaoğlu olub.

Verilişdə açıqlama verən ekspert Faik Tanrıkulu xatırladıb ki, Əsma Əsəd uzun illərdir Britaniya vətəndaşıdır və yayılan iddialar əsassız deyil.

"Sual ortaya çıxır, uzun illər Suriyaya rəhbərlik etmiş Bəşər Əsəd həyat yoldaşının Britaniya kəşfiyyatı ilə əlaqələrindən xəbərsiz olub? Əgər xəbərdar olubsa, Əsəd özü bu münasibətlərdə ortaq olubmu? Bu suallar hələlik cavabsız qalır, amma ciddi şübhələr oyadır", - deyə ekspert Faik Tanrıkulu vurğulayıb.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top