Azərbaycanda torpaq üstündə sakinlər arasında kütləvi dava: Araşdırmalara başlanıldı

Sadə xəbər
GÜNDƏM 10.01.2025 3115

İmişli rayonunun Boşcalılar kənd sakinləri arasında yaranan insidentin görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər kənd sakinləri arasında torpaq mübahisəsini əks etdirir.

"Tərəflər arasında yaranan insidentlə bağlı polis şöbəsində araşdırma aparılır", - deyə açıqlamada bildirilib.

İmişli rayonunun Boşcalılar kəndində torpaq məsələsi ilə bağlı sakinlər arasında dava baş verib. Hadisə zamanı gərginlik artaraq fiziki toqquşmaya çevrilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə məlumat verilib.

Kadrlarda bir neçə nəfərin münaqişəyə cəlb olunduğu və aralarında kəskin mübahisənin düşdüyü görünür.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top