Sadə xəbər
Millət vəkili, Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva 8 yanvar 2024-cü il tarixində Zərdab rayonunun Məlikumudlu kəndində rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ilə birlikdə səyyar qəbul keçirdib.
Öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizdə gedən böyük quruculuq işləri, yeni başa vurduğumuz 2024-cü ildə əldə edilən uğurlar, ötən il bütün suveren ərazilərimizdə keçirilən Prezident və Parlament seçkiləri, ölkəmizin evsahibliyi etdiyi çox nüfuzlu beynəlxalq tədbir olan COP 29-un əhəmiyyəti, qarşıda bizi gözləyən hədəflər və məqsədlər, eyni zamanda Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və verdiyi göstərişlər əsasında Zərdab rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında danışan deputat Jalə Əliyeva, sonra seçiciləri maraqlandəran suallara cavab verib. Jalə Əliyeva hələ ötən seçkilərdən bəri Zərdab rayonunda əsasını qoyduqları və uğurla tətbiq edilən rayon icra hakimiyəti başçısı və deputatın birlikdə qəbul keçirməsi ənənəsinin effektli nəticələr verdiyini bildirib.
Qəbulda seçicilərin qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qəbul iştirakçıları iki əsas problemin - kəndin 6 km-lik əsas yolunun təmiri və əkin sahələrinin suvarılmasında mövcud olan aradan qaldırılmasında mümkün olan köməkliyin göstərilməsini xahiş ediblər. Jalə Əliyeva hər iki məsələ ilə bağlı daha əvvəlki illərdə daxil olan seçici məktubları əsasında əlaqədar qurumlara yazılı və şifahi olaraq müraciət etdiyini diqqətə çatdırıb. Bildirib ki, Məlikumudlu kəndinin yollarının təmiri ilə bağlı müraciətimiz Nazirlər Kabineti tərəfindən nəzərə alınaraq, 2024-cü ilin işlər planına daxil edilmişdir. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yazılı müraciətimizə isə agentlik tərəfindən verilən cavabda göstərilir ki, Qızlıq kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmaqdadır.
Səyyar qəbulda 65 nəfər iştirak edib. Qəbul iştirakçıları ölkədə aparılan bötük quruculuq işlərinə, həyata keçirilən nəhıng layihələrə görə Prezident cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda cənab Prezident tərəfindən verilən göstəriş və tapşırıqları düzgün və vaxtında yerinə yetirən rayon təhbərliyinə, onları narahat edən məsələlərin qanunvericilik baxımından həllində köməyini əsirgəməyən millətvəkilinə təşəkkür ediblər.