Sadə xəbər
“Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibə verdi. Hər il yanvar ayının ilk ongünlüyündə, yeni ilin başlanğıcında cənab Prezidentin yerli telekanallara müsahibə verməsi, artıq uzun illərdir bir ənənə halını alıb”.
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O bildirib ki, Prezident verdiyi bu müsahibələrdə ötən ilin ölkə və dünya üçün əhəmiyyətli olan bütün hadisələrinə bir daha nəzər salır, əldə edilən uğurları və gözləntilərimizi bir daha dəyərləndirir, bir daha Azərbaycanın mövqeyini ortaya qoyur, dünyaya - həm distlara, həm də qeyri dostlara açıq mesajlarını çatdırır:
“Daha əvvəllər istər yerli, istər xarici mətbuat qarşısında verdiyi müsahibələrdə olduğu kimi, bu müsahibəsində də cənab Prezident əslində Azərbaycanın “yol xəritəsi”ni gözlər önünə sərirdi. Bu müsahibə bütün dünyaya Azərbaycanın bölgənin əhəmiyyətli bir faktoru olduğunu və maraqlı tərəflərin bu faktorla hesablaşmasının vacibliyini xatırladırdı.
Ötən il ölkə iqtisadiyyatının inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ümumi daxili məhsulun 4 faizdən çox artdığını, qeyri-neft sektorunun inkişafının əsas göstərici olduğunu, son vaxtlar neft hasilatında tənəzzüllə üzləşdiyimizi və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacağını və neft hasilatının sabit qalacağını bildirdi.
Prezident dedi ki, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik.
Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu”.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev bu ilin büdcəsinin də rekord səviyyədə olduğunu açıqlayıb:
“Dövlətimizin başçısı büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu, icmal büdcənin isə 48 milyard manatı ötdüyünü bildirdi.
Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb.
Ölkədə sosial sahədə aparılan islahatlar haqqında danışan dövlət başçısı, bu il yanvarın birindən minimum əməkhaqqının 55 manat artaraq 400 manata çatdığını, minimum pensiyaların 40 manat artaraq 320 manata çatdığını bildirdi.
Qarşısında Qarabağın bərpası kimi böyük problemi olan bir ölkədə bu sahəyə də xüsusi diqqət yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar”.
O qeyd edib ki, hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır:
“Sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub, dəyərli yən dövlət başçımız son bir neçə il ərzində dörd sosial paket həyata keçirildini və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndiyini ifadə etdi.
Prezident dedi ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.