Manşet
Bu münasibətlə Şəhər İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüş zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev aparatın əməkdaşlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara yeni ildə yeni uğurlar arzulamışdır.
Görüş çərçivəsində Şəhər rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri Əliyev Azad İbrahim oğluna medalını təqdim etmişdir.
Şəhər rəhbəri həmçinin dövlət qulluğunda olmanın son yaş həddinə çatdığına görə təqaüdə yola salınan Şəhər İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Əhmədov Hümbət Əhmədiyyə oğlunu da təbrik etmiş, ona gələcək həyatında uğurlar arzulamışdır. H.Əhmədov bu münasibətlə Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Fəxri fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırılmışdır.
H.Əhmədov və Azad Əhmədov və aparatın digər əməkdaşları səmimi təbriklərə görə təşəkkürlərini bildirmişlər.