Sadə xəbər
"Təklif edirəm ki, "Reklam haqqında" Qanuna dəyişiklik edilsin, normalar müəyyən edilsin".
Oxu.Az xəbər verir ki, bunu Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bir çox televiziya kanalları klinika və həkimləri reklam normalarına uyğun olmadan reklam edir, hətta şou proqramların sponsorluğunu da klinikalar edirlər:
"Bunun da zərərli nəticələri ortaya çıxır. Son günlər bir çox əməliyyatlarda ölüm hallarının artmasında məhz bu reklamların mənfi təsiri var".