![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/5/1/37cbc80f-5c8c-4bbe-946b-6479a2e135f6/oxvrm6vkqy7whbaserosc90pzcrdkcnaqcvgwban_1200_638743945212087291.jpg)
"Səndən tələb edirəm ki, bundan sonra mənim adımı heç yerdə çəkmə. Allahdan sənə ağıl arzu edirəm".
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış müğənni Xatirə İslam "Instagram" hesabında paylaşım edərək həmkarı Nicat Məhərrəmlinin onun adından istifadə etdiyini açıqlayıb.
Xatirə bildirib ki, Nicat dəfələrlə onun adından istifadə edərək insanlardan beh alıb:
"Əslində bu açıqlamanı çoxdan etməli idim, amma bu günə təsadüf etdi. Bunları demədiyimə görə, nə qədər ziyan çəkmişəm. Bu açıqlamanı məni tanıyanlara, dostlarıma, xalqıma verməliyəm ki, nə var, nə yox bilsinlər.
Müğənni Nicat Məhərrəmli haqda danışmaq istəyirəm. Gəncdir, cavandır, uşaqdır, Allah ağıl versin, köməyi olsun. Ailələrinə də yaxın olmuşuq. Rəhmətlik anası vasitəsilə dost olmuşuq. Anası da çox gözəl insan idi. Nicat mənim adımdan dəfələrlə insanlardan beh alıb. Mənə sənət yoldaşlarım, dostlarım, aparıcılar da Nicatın borc istəməsi ilə bağlı zəng edib. Adlarını da çəkə bilərəm, sadəcə istəmirəm ki, vaxt getsin. Bununla bağlı Yaqut xanım çox böyük stres keçirib. Vaxt olub ki, qızıllarını satıb və Nicatın bu problemlərini həll edib. Anadır, utanıb, narahat olub. Valideyn üçün də çox ağırdır. Mən əlimdən gələn hər şeyi etmişəm. Hətta anası rəhmətə gedəndə Nicat dedi ki, pis vərdişlərinə tövbə edib.
Bir mahnı aldım verdim, bütün xərcləri də öz boynuma götürdüm. Hətta dedim ki, klip də çəkdirəcəyəm və xərclərini özüm ödəyəcəyəm. Sənin də bütün müğənnilər kimi əlin çörəyə çatsın. Tanınmış ol, səsin var, sənətin var. Adam mənə "tövbə etmişəm" deyir, amma bu gün də adımdan beh alır. Mən söz götürən adam deyiləm", - paylaşımda qeyd olunub.
Nicat isə Xatirənin postuna şərh yazaraq üzr istəyib:
"Nə desən düz deyirsən. Sən mənə bacı olmusan, həmişə dəstək vermisən. Bu bir səhv idi və üzr istəyirəm, bağışla".
Həmin görüntüləri təqdim edirik: