![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/5/1/ddfb90d2-2c35-4100-a329-b270ea17c0e1/oxvrm6vkqy7whbaserosc90pzcrdkcnaqcvgwban_1200_638743950029794856.jpg)
Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.