Ərdoğan Suriya prezidenti ilə görüşüb

Sadə xəbər
DÜNYA 04.02.2025 3059

Suriyanın yeni lideri Əhməd əş-Şaraa Türkiyədə səfərdədir.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.

Qeyd olunur ki, suriyalı qonağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü başlayıb.

İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və əş-Şaraa birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib. Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.

Keçid dövründə Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaraa Türkiyəyə yola düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Əhməd əş-Şaraanı Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani müşayiət edir.

Qeyd olunur ki, səfər çərçivəsində Əhməd əş-Şaraanı Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.

 








 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top