![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/5/1/829781ff-2814-42e8-95a2-50ce9b58d7d2/oxvrm6vkqy7whbaserosc90pzcrdkcnaqcvgwban_1200_638743946010487624.jpg)
Rusiyada Moskva vilayətinin Lyubertsı şəhərinin Verxneye Myaçkovo kəndində istifadə edilməyən dayanacaqda 30-dan çox avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, yanğın dayanacağın 400 kvadratmetrini əhatə edib. FHN mütəxəssisləri yanğını söndürməyə müvəffəq olublar.
Yanğının söndürülməsinə bölmənin 25 əməkdaşı və 5 texnika cəlb olunub. Təcili yardım xidmətlərinə tələfat barədə məlumat daxil olmayıb.