İngiltərə Premyer Liqası: "Mançester Siti" qələbə həsrətinə son qoya bilmədi

Sadə xəbər
idman 26.12.2024 3133

İngiltərə Premyer Liqasının 18-ci turunda son çempion "Mançester Siti" "Everton"u sınağa çəkib.

Oxu.Az xəbər verir ki, qarşılaşma Mançester şəhərindəki "Etihad" stadionunda baş tutub.

14-cü dəqiqədə "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva hesabı açıb. 36-cı dəqiqədə "Everton"un cavab qolunu hücumçu İliman Ndiaye vurub. 53-cü dəqiqədə isə meydan sahiblərinin hücumçusu Erlinq Holand penaltini yerinə yetirə bilməyib, zərbəni qapıçı Cordan Pikford qaytarıb. Beləliklə də, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, son 5 oyunda qələbəyə həsrət qalan "şəhərlilər" hazırda 28 xalla 6-cı pillədə qərarlaşıblar. "Everton" isə 17 xalla 15-ci sıradadır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top