Sadə xəbər
"Barselona" polşalı hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərarını verib.
"Saat24.az" xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Klub rəhbərliyi 36 yaşlı hücumçunun komandada qalmağını istəyir. Kataloniya təmsilçisi artıq Levandovskiyə növbəti mövsümdə də ona ümid bəsləyəcəklərini bildirib.
Qeyd olunur ki, Levandovski ilə yanaşı, daha əvvəl klubdan gedəcəyi gözlənilən müdafiəçi İniqo Martinez də "Barselona"da qalacaq.
Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 18 matça çıxıb, 20 qol vurub və 2 qolun ötürməsini verib.