Azərbaycanın U-17 və U-19 yığmaları seçmə mərhələdə ikinci oyunlarını keçirəcək

Sadə xəbər
idman 16.11.2024 3212

Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcək.

"Saat24.az" xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gələcək. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim Yon Orlik idarə edəcək. Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzub.

Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşacaq. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək görüşün baş hakimi serbiyalı Miloş Milanoviç olacaq. Yığmamız ilk oyunda İslandiyaya məğlub olub – 0:2.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top