Sadə xəbər
ABŞ Ədliyyə Departamenti yeni seçilmiş prezident Donald Trampa qarşı bütün federal işlərə xitam verib.
"Saat24.az" xarici mediaya istinadən xəbər verir ki,Respublikaçı keçid qrupunun kommunikasiya direktoru Stiven Çun bu qərarı “qanunun aliliyi üçün böyük qələbə” adlandırıb.
"Ədliyyə Departamentinin bugünkü qərarı prezident Trampa qarşı konstitusiyaya zidd federal işlərə son qoyur”, – deyə Çun bildirib.
O əlavə edib ki, Tramp və tərəfdarları ədalətdən siyasi istifadəyə dərhal son qoymağa çalışır və ölkənin birləşməsinə ümid edirlər.
Qeyd edək ki, Trampa qarşı əvvəlki federal ittihamlar 2020-ci il seçkilərinə iddia edilən müdaxilə və məxfi sənədlərin idarə edilməsi ilə bağlı idi.