Aktauda AZAL təyyarəsinin qəzası zamanı yaralananlardan 14-ü Azərbaycan vətəndaşıdır

Sadə xəbər
GÜNDƏM 25.12.2024 2798

Qazaxıstanda Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində sağ qalan sərnişinlərin sayı 32 nəfərə çatıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə AZAL-ın brifinqində bəyan edilib.

Bildirilir ki, sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır.

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə sağ qalanlar arasında 10 Rusiya, 14 Azərbaycan, 2 Qırğızıstan vətəndaşı var.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 3 nəfərin vətəndaşlığı müəyyən edilməyib.

Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin sərnişinlərindən 4 nəfərinin cəsədi aşkarlanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həkimlərin məlumatına görə, cəsədlər Aktauda təyyarənin qəzaya uğradığı ərazidə tapılıb.

Həmçinin regional səhiyyə idarəsindən bildirildiyinə görə, qəza nəticəsində 29 nəfər yaralı halda xəstəxanaya çatdırılıb, onlardan 11 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb.

AZAL-dan Oxu.Az-a verilən məlumata görə, təyyarədə olan ekipaj üzvləri bunlar olub:

1. Kşnyakin İqor

2. Kalyaninov Aleksandr

3. Əliyeva Hökümə

4. Əsadov Zülfüqar

5. Rəhimli Aydan

Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin sərnişinlərinin siyahısı açıqlanıb.

Oxu.Az AZAL-a istinadən həmin siyahını təqdim edir:

1. Ağayev Ramin

2. Əhmədov Rəşad

3. Əlimirzəyeva Xədicə

4. Əlimirzoyev Əli

5. Əliyev Zamin İdris

6. Anqbazova Maleyka

7. Arsbayeva Ceyran

8. Arsbayeva Madina

9. Asanov Rinat

10. Atsayeva Zaira

11. Babayev Anar

12. Bayramova Leyla

13. Bayramzadə Ayhan

14. Bislieva Cəmilə

15. Devrişov Samir

16. Devrişov Tofik

17. Cünüşaliyev Erlan

18. Ediev Uvais

19. Eqanov Məhəmmədəli

20. Evstiqneeva Kristin

21. Filiyev Ramazan

22. Qədirov Heydər

23. Qistarov İbrahim

24. Qistarov Rəşid

25. Qoqamova Möminat

26. Qurbaxov Həmzət

27. İandarov Arbi

28. İbrahimov Ramin

29. İgidova Nərminə

30. İsmayılov İsmayıl

31. İsmayılov Həbib

32. Cəfərov Toğrul

33. Cəlilov Nizami

34. Carayev Arif

35. Carayev Hacibrahim

36. Carayev Mahir

37. Ceerov Xızrı

38. Ceerova Salihət

39. Cüməqulov Bauyrcan

40. Cütayeva Salima

41. Xalayeva Hafisət

42. Kostiyev İbrahimxan

43. Maxsudova Qalina

44. Məmedov Zaur

45. Mehdiev Yadigar

46. Mustafayev Faiq

47. Omarova Leyla

48. Osmonov Tilek

49. Papaxov Mahəmməd

50. Rəximov Subxonkul

51. Sadıqov Qoşqar

52. Səidullayev Zinatul

53. Şabanova Vafa

54. Şaimərdanova Qauk

55. Siracov Nurullah

56. Siracova Müslimat

57. Tuleşsinov Sandibek

58. Tutunçiyev Mahmud

59. Ubaev Arbi

60. Yeznayeva Rana

61. Cəməlullail Medin

62. Cumaqat Eldar

Aktauda təyyarə qəzası nəticəsində sağ qalan 28 nəfər, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, yeddi nəfərin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsindədirlər.

 






















 

Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar Mangistaudakı xəstəxanaya aparılıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top