Trampın komandasında Rusiyanın dialoq qura biləcəyi üç "ağıllı adam" kimdir?

Sadə xəbər
DÜNYA 25.12.2024 3402

"Rusiya hakimiyyəti üçün ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyasının nümayəndələrindən hər hansı biri ilə konstruktiv dialoq qurmaq son dərəcə çətin olacaq".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri keçmiş ABŞ-li diplomat Cim Catras "RIA Novosti"yə müsahibəsində deyib.

Cim Catras hesab edir ki, ABŞ-nin yeni hökumətində elə də çox "ağıllı insan" olmayacaq.

"Bu da Rusiya ilə ABŞ arasında münasibətlərin qurulması imkanlarını çətinləşdirəcək", - deyə o bildirib.

Diplomatın sözlərinə görə, dövlətlər arasında əməkdaşlıqla bağlı hər hansı irəliləyiş gözlənilmir.

"Onlar (Rusiya rəsmiləri) özlərini elə aparırlar ki, sanki Trampın administrasiyasında dialoq apara biləcəkləri ağıllı birinin olacağına ümid edirlər", - deyə keçmiş diplomat qeyd edib.

Cim Catras, həmçinin işgüzar əlaqələrin qurula biləcəyi üç nəfərin adını çəkib ki, bunlar Tulsi Qabbard, kiçik Robert Kennedi və Cey Di Vensdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top