AVROPADAN AZƏRBAYCANA BİNOKLLA BAXAN TƏXRİBATÇILAR

Sadə xəbər
SİYASƏT 23.12.2024 2464
 
 
Bəzi Qərb dairələrinin Azərbaycana qarşı yürütdükləri qərəzli, təxribatçı mövqe, heç bir əsası olmayan qarayaxma cəhdləri təəssüf ki, davam etməkdədir. Belə ki, bu səfər İsveçrə parlamentinin aşağı palatası Azərbaycan əleyhinə böhtanlarla dolu bir qətnamə qəbul edərək, yeni uğursuz ideyaların əks olunduğu “sülh forumunun çağırılması”na səs veriblər. 
 
Bu fakt bir daha onu göstərir ki, bu sərsəm "sənəd"ə səs verənlər Azərbaycan əleyhinə kampaniya aparan qərb siyasətçiləri və diplomatları ilə birlikdə hərəkət edirlər. 
 
Maraqlıdır ki, qətnaməni dəstəkləyən deputatlar, ermənilərin qayıdışının vacibliyini qabardır, amma nədənsə Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasının zəruriliyini "unudur", beləliklə də bir daha dünyaya ixrac etməyə çalışdıqları "demokratiya" və "insan hüquqları"nın nın əsil mahiyyətini ortaya qoyurlar. Açıq-aydın görünür ki, qətnamə müəllifləri Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan “səlib yürüşü”nə qoşulublar. Qətnamədə, 
20-ci əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma hadisələrə istinad edilməsi,
onların etnik və dini təəssübkeşliyin girovuna çevrildiyini bir daha təsdiqləyir. 
 
Məsələlərin əsil mahiyyətinə varmadan, oturduqları yerdən öz irqçi mühakimələri ilə son zamanlar üzü Zəngəzur dağlarına binoklla baxmağı gündəlik məşğuliyyətlərinə çevirən Avropa dairələri və onların əlində alət olanlar bir başa Azərbaycanın suverenliyinə qəsd edirlər. Bilsinlər ki, suveren və müstəqil bir ölkəyə qarşı irəli sürdükləri qondarma təşəbbüslər, ölkənin daxili işlərinə müdaxilələr, onların guya ədalətə və demokratiyaya əsaslanan prinsiplərini kökündən şübhə altına salır.
 
#SuverenAzərbaycan
#Qarabağ
#Zəngəzur
#QərbiAzərbaycan
#MilliMəclis
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top