Sadə xəbər
Karlo Ançelotti 2024-cü ildə dünyanın ən yaxşı klub baş məşqçisi seçilib.
Oxu.Az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) nümayəndələri arasında keçirdiyi səsvermə ilə müəyyənləşib.
"Real Madrid"in baş məşqçisi olan italiyalı mütəxəssis 268 xalla həmkarlarını qabaqlayıb.
"Bayer Leverkuzen"in ispaniyalı çalışdırıcısı Xabi Alonso 104 xalla ikinci olub. Onun "Mançester Siti"də çalışan həmyerlisi Pep Qvardiola 88 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, 2007-ci ildə "Milan", 2014-cü və 2022-ci illərdə "Real Madrid"də bu mükafatı qazanan Ançelotti dördüncü dəfə dünyanın ən yaxşısı olub.
Xatırladaq ki, Ançelotti dekabrın 17-də Dohada keçirilən mərasimdə FIFA-nın "The Best" mükafatına da layiq görülüb.