Dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir-Jalə Əliyeva

Sadə xəbər
SİYASƏT 18.12.2024 3466
Saat24.Az xəbər verir ki, bu barədə Milli məclisin deputatı Jalə Əliyeva rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.


Ötən gün Milli Məclis Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsini üçüncü oxunuşda təsdiq etdi. Əlbəttə ki, dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir.
Hazırda   dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım istiqamətində dəyişiklik edilir. Dövlət büdcəsinin gəlirləri növbəti il üçün 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat nəzərdə tutulur. Dövlət büdcəsindən ayırmalar prioritet istiqamət kimi, ölkəmizin hərtərəfli inkişafına yönəlib. 
Birmənalı olaraq deməliyik ki, önümüzdəki ilin büdcə layihəsi də, ötən illərdə olduğu kimi, sosial yönümlüdür. Bu büdcə layihəsi cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sahələrdə  həyata keçirilən uğurlu dövlət siyasətinin, ölkəmizdə  əhəmiyyətli yerdə gələn insan amilinin durmadan inkişaf etdirilməsinin  təsdiqi kimi qiymətləndirilməlidir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top