Ərdoğan: "Suriya bölünməyəcək, Fələstin dövləti mütləq qurulacaq"

Sadə xəbər
DÜNYA 06.01.2025 3359

"Türkiyə qonşu Suriyanın parçalanmasına icazə verməyəcək və belə bir prosesin qarşısını almaq üçün tez bir zamanda hərəkətə keçə bilər".

Oxu.Az "Haber Global"a istinadən məlumat verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan öz sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə müraciətində deyib.

"Biz Suriyanın parçalanmasına və ya onun vahid quruluşunun pozulmasına icazə verməyəcəyik, Əgər bununla bağlı risk görsək, dərhal lazımi tədbirləri görəcəyik", - deyə prezident xəbərdarlıq edib.

O bildirib ki, Türkiyə Qəzza zolağında böhranın tez bir zamanda həlli üçün diplomatik səylərini artırıb.

"Qəzzada sülhə ümid yaradacaq qapını açmaq üçün əlimizdən gələni edirik. Nəticə əldə edənə qədər bunu davam etdirəcəyik. 1967-ci il sərhədləri daxilində Şərqi Qüdsdə paytaxtı olan suveren Fələstin dövləti mütləq yaradılacaq", - Türkiyə prezidenti bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top