Rafiq Əliyevin qaynı oğlunu binadan atıb öldürdülər - TƏFƏRRÜAT

Sadə xəbər
GÜNDƏM 06.01.2025 2935

Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, qətlə yetirilən şəxs "Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb.

Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.

Onu da əlavə edək ki, Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top