Sadə xəbər
Bakıda gənc oğlan itkin düşüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 16 yaşlı Təhmaz Əhliman oğlu Hacıxanov evdən çıxaraq, geri qayıtmayıb.
Bu barədə onun birgə yaşadığı qohumu polisə müraciətində bildirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsində araşdırma aparılır.