Sadə xəbər
Türkiyə nəhəngi "Qalatasaray"da çıxış edən Hakim Ziyeş Portuqaliyanın "Benfika" klubuna keçəcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Hakim Ziyeş Okan Burukla bağlı sərt sözlər söylədiyindən "Qalatasaray" rəsmilərinin qəzəblənmələrinə səbəb olub.
"Qalatasaray" rəsmiləri "Benfika" klubunun təklifini qəbul edəcəklərini bildiriblər.
Qeyd edək ki, Hakim Ziyeş "Qalatasaray" forması ilə ümumilikdə 34 oyunda meydana çıxıb, səkkiz qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.