Nəsimi rayonu, "4-cü mikrorayon" dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğın səbəbindən Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 23-ü saat 18:00-da Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Yanğın söndürülüb, xəsarət alan yoxdur. Briqada hadisə yerindədir", - deyə məlumatda bildirilib.
Bakıda obyektdə yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nəsimi rayonu, "4-cü mikrorayon" dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Nəsimi rayonunda obyektdə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.