Heydər Əliyev bir Dahidir-Jalə Əliyeva

Manşet
SİYASƏT 12.12.2024 4035
Ulu Öndər Heydər Əliyevin cismən bizdən ayrıldığı gündən 21 keçir. Bu böyük şəxsiyyətin, bu nadir siyasətçinin xalqı və ölkəsi üçün etdikləri, canı bahasına, həyatı bahasına nail olduğu işlər, göstərdiyi xidmətlər o qədər böyükdür, o qədər ölçüyəgəlməzdir ki, bütün  bunların hər birini bu qısa zaman kəsiyində əhatə etmək əlbəttə ki, mümkün deyil. 

Heydər Əliyev bir Dahidir. Hər xalqa qismət olmayan, hər xalqın taleyinə yazılmayan bir Dahi! Böyük bir xalqın Yolgöstərəni! Xalqının qurtuluşuna imza atan, ölkəsini parçalanmaq,  dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran bir Dahi! 

Onun ən böyük arzusu xalqını azad, müstəqil, ölkəsini suveren və bütöv görmək idi. Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram, deyən Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə  xalqı üçün, ölkəsi üçün çalışdı, onun gələcəyini düşündü. Son nəfəsində də ölkəsini və xalqını əmin əllərə tapşırdı, bizə iki böyük miras ərməğan etdi. Müstəqil, azad,  heç kimdən, heç bir təsirdən asılı olmayan bir ölkə, mən hər bir Azərbaycanlının prezidenti olacağam, sözümüz  imzamızdır deyən dəmir iradəli bir  Rəhbər! 

Ulu Öndər xalqına hər zaman  doğru olan yolu göstərdi. Onun əbədiyyətə qovuşduğu günə qədər həllinə imkan verilməyən və artıq tarixə çevirdiyimiz  Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola biləcək qəhrəmanı da bizlərə - Azərbaycan xalqına nişan verdi.

Bəli! 20-ci  əsrin 90-cı illərinin başlarında Azərbaycanı yox olmaqdan məhz o - Ulu  Öndər Heydər Əliyev xilas etdi. Heydər Əliyev xalqının ona uzanan titrək, ümidsiz əlllərini möhkəm sıxdı, xalqına dayaq durdu, arxa oldu!  21-ci əsrin ikinci onilliyinin sonlarında isə onun hüquqi, fiziki və mənəvi varisi İlham Heydər oğlu Əliyev o zamana qədər mümkün olmayanı mümkün etdi -  ölkəsinin və xalqının Bütövlüyünün simvoluna  çevrildi! Böyük Zəfərə və bütün uğurlarımıza silinməz imzasını atdı! Bizi yenidən Qarabağlı Azərbaycan etdi! 

Bu günlərdə - Ulu Öndərin əbədiyyətə qovuşduğu bu hüzünlü günlərdə - onu bir daha hüzünlə anır, ruhu qarşısında ehtiramla baş əyirik.

Milli məclisin deputatı Jalə Əliyeva.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top