Deputat Jalə Əliyeva Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçirməyə çalışır

Sadə xəbər
SİYASƏT 29.11.2024 2749
 
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçirməyə çalışır
Uzun illər erməni diasporunun, lobbisinin əlində marionetə çevrilmiş Fransa öz istəklərini, arzularını da elə Ermənistanın əli ilə bölgədə həyata keçirməyə çalışır.
 
“Report” xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli filmi şərh edərkən belə deyib.
 
Deputat Qərbi Azərbaycan İcmasının ötən gün bu filmə etiraz olaraq yayımladığı bəyanata qoşulduğunu bildirib.
 
"Demək istəyirəm ki, bu günə kimi bütün dünyada işğalçı siyasət həyata keçirən, öz mənafeləri uğruna digər xalqları qurban verən Fransa kimi bir ölkənin kanalında azərbaycanlılar və türklər əleyhinə gedən böhtan və iftiralarla dolu sənədli film bir daha bu ölkənin qərəzli siyasətini, Azərbaycana, Türkiyəyə, türk dünyasına qarşı həzmsizlik siyasətini ortaya qoyur", - J.Əliyeva vurğulayıb.
 
Deputat əlavə edib ki, Azərbaycan 30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində azad edib. Bu gün bu torpaqlarda, bütün Azərbaycanımızda olduğu kimi, böyük quruculuq işləri həyata keçirilir:
 
"Ölkəmiz yüksək templə inkişaf edir. Əlbəttə ki, bu inkişafdan narahat olan qüvvələr var. 30 il müddətində münaqişəni bitməyə qoymurdular. Çünki Azərbaycanın inkişaf etməsindən qorxurdular. Bu gün də müharibədən sonra Azərbaycana hər vəchlə mane olmağa çalışırlar.
 
Bu günlərdə yola saldığımız, böyük bir uğurla, alnıaçıq ev sahibliyi etdiyimiz COP29 ərəfəsində, COP29 günlərində və COP29 bitdikdən sonra da bu şər qüvvələrin, bu şər, qərəz maşınının durmadan işləməsi, Azərbaycana böhtanlar, iftiralar yağdırması yenə də onların özlərinin böyük təşvişindən, Azərbaycanın gücü qarşısında keçirdikləri narahatlıqlardan xəbər verir".
 
O qeyd edib ki, sözügedən filmin hədəflərindən biri də Azərbaycanın ən böyük dostu olan Türkiyədir. Bu davranışlar həm Azərbaycana, həm də Türkiyəyə qarşı Qərbin, dünyanın qısqanclığının bariz nümunəsidir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top