Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır

Manşet
Sosial 27.11.2024 2555

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

“Saat24.az” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək.

Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

Milli Məclisin bu gün keçirilən iclasında məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top