Prezident bu postu ləğv etdi - FƏRMAN

Manşet
SİYASƏT 25.10.2024 2610

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib.

"Saat24.az"ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti Tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top