Sadə xəbər
ABŞ-də gözlənilən "Milton" qasırğası Florida sahillərinə çatıb.
"Saat24.az" xəbər verir ki, axşam saatlarında başlayan əsrin qasırğası hesab olunan "Milton" qasırğası böyük dağıntılara səbəb olub.
Qasırğanın sürətinin saatda 205 kilometr olduğu bildirilib. Minlərlə ev işıqsız qalıb. 3-cü kateqoriya səviyyəsinə çatan qasırğa səbəbindən Florida sakinləri təxliyə edilib.
Florida qubernatoru Ron DeSantis qasırğanın vurduğu 51 əyalətdə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Prezident Co Bayden qasırğa ilə əlaqədar federal fəlakət bəyannaməsini təsdiqləyib və bölgəyə lazımi yardımın çatdırılması barədə göstəriş verib.