Sadə xəbər
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Saat24.az"a verilən məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.