Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı danışıqlar nə yerdədir?

Manşet
Kriminal 01.10.2024 4322

"İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir".

“Saat24.az” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, prosessual məsələdir:

“İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir”.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top