"İlham Əliyev iyulun 20-də Şuşadakı çıxışında ABŞ-dən yüksək səviyyədən gələn bəyanatların nə qədər dəyərsiz olduğunu vurğuladı".
"Saat24.az" xəbər verir ki, bu barədə erməni politoloq Tatevik Ayrapetyan bildirib.
O, üç saatdan çox davam edən o sual-cavab sessiyasını bütövlükdə izlədiyini bildirib: "Bəzi bəyanatlar Ermənistan mətbuatında fəal müzakirə olunduğundan diqqətdən kənarda qalan hissələrə müraciət etmək istərdim.
Əliyev ABŞ-dən yüksək səviyyədən gələn bəyanatların nə qədər dəyərsiz olduğunu, nə qədər tez dəyişə biləcəyini vurğulamaqla yanaşı, siyasətində nə qədər ardıcıl olduğunu vurğuladı.
"Əliyev həmçinin Ermənistanla bağlı bəyanatı ilə iqtidar partiyanın və onlara aid olan bütün ekspertlərin iddialarının yalan olduğunu, dünyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etdiyini, bizi təcavüzkar kimi qəbul etdiklərini sübut edir", - deyə o qeyd edib.